Avstraliya Assancın azadlığa buraxılması üçün çalışacaq

  Avstraliya Assancın azadlığa buraxılması üçün çalışacaq
  21 May 2024    Oxunub:542
Avstraliya hakimiyyəti “WikiLeaks”in qurucusu Culian Assanca dəstəyini davam etdirəcək və onun vətəninə qayıtmasına çalışacaq.
Bu bəyanatla Avstraliyanın Baş nazir Entoni Albanese çıxış edib. Avstraliya hökumətinin başçısı qeyd edib ki, Assancın həbsdə saxlanması yaxşı heç nəyə gətirib çıxarmayacaq. O vurğulayıb ki, Kanberra “WikiLeaks”in yaradıcısının vətəninə qayıtmasına nail olmaq üçün tərəfdaşlarla sıx işləməyə davam edəcək.

Qeyd edək ki, Culian Assanc ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmədə qalib gəlib. London Ali Məhkəməsi onun lehinə qərar çıxarıb. “Reuters”in xəbərinə görə, İngiltərə və Uels Ali Məhkəməsinin hakimləri hesab ediblər ki, Amerika hakimiyyət orqanları tərəfindən verilən təminatlar Assancın ekstradisiyası zamanı onun hüquqlarına riayət ediləcəyinə zəmanət vermir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti