Hizbullah İsrailin hərbi qərargahlarını vurub

 Hizbullah İsrailin hərbi qərargahlarını vurub
  21 May 2024    Oxunub:697
Livandakı “Hizbullah" təşkilatı Fələstinin şimalında İsrailə aid iki hərbi mərkəzə hücum edib.
AzVision.az bu barədə İRNA-ya istinadən xəbər verir.

Qeyd olunur ki, Hizbullah şimalda İsrail ordusuna qarşı təxribat xarakterli müharibə aparır.

İsrail mediası iddia edir ki, Hizbullahın pilotsuz təyyarələri şimalda istənilən nöqtəyə hücum etmək iqtidarındadır.

Həmçinin bildirilib ki, Hizbullah yaraqlıları gündəlik hərbi təlimlər keçirir və hücum potensialını artırırlar, lakin İsrail mediasına onların təlimlərinin videolarını dərc etməyə icazə verilmir.

Həmidə İbrahimova

AzVision.az




Teqlər:





Xəbər lenti