The Economist: İsrailin Rəisinin ölümündə əli yoxdur

      The Economist:    İsrailin Rəisinin ölümündə əli yoxdur
  21 May 2024    Oxunub:1288
"İranın mühüm siyasi qərarlarında həlledici söz sahibi olmayan bir siyasətçini öldürmək axmaqlıq olardı. Bu baxımdan prezident İbrahim Rəisinin ölümündə İsrailin əli olduğunu düşünmək üçün heç bir əsas yoxdur". Bu barədə The Economist yazıb.

Jurnal Rəisinin ölümündə ölkədaxili düşmənlərin iştirakını istisna etmir.

The Economist hesab edir ki, Rəisinin ölümündə terror aktı təsdiqlənərsə, Tehran sərt reaksiya verəcək. Bu, hətta müharibəyə gətirib çıxara bilər.

İsrail öz növbəsində dünyaya bəyan edir ki, prezident Rəisinin helikopterinin qəzaya uğramasında rolu yoxdur.

The New York Times isə bildirir ki, helikopter qəzası Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusu fonunda baş verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti