Zərgərliklə bağlı yeni dövlət standartları qəbul edilib

   Zərgərliklə bağlı yeni dövlət standartları qəbul edilib
  21 May 2024    Oxunub:665
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Türk standartları əsasında AZS TS 11848:2024 “Zərgərlik xidmətləri – Ümumi qaydalar” və AZS TS 12376:2024 "Zərgər – İstehsal – İşçilər üzrə tələblər" yeni dövlət standartlarını qəbul edib.
Məlumata görə, yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi qaydaları və zərgərlik peşəsi, bu peşə ilə məşğul olanların təsnifatını, istifadə olunan alətləri, vasitələri və avadanlıqları, həmçinin hər bir sinfə aid olan işçinin zərgərlik peşəsi ilə əlaqədar yiyələnməsi vacib olan bilikləri, bacarıqları, rəftar və davranışları əhatə edir.

Sözügedən yeni dövlət standartlarını “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 36) müzakirəyə çıxarıb və AZSTAND onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti