İranlı tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb

İranlı tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb
  21 May 2024    Oxunub:810
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçiriblər.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb.

Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə - 7 kiloqram marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkədə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: cinayət   narkotika   DİN  





Xəbər lenti