Ələt Azad İqtisadi Zonasında, İqtisadiyyat Nazirliyində, Qarabağ Dirçəliş Fondunda bir sıra görüşlər keçirən nümayəndə heyəti növbəti gün Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Komitə rəsmiləri ilə görüş çərçivəsində xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyi və təcrübə mübadiləsinin daha səmərəli olacağı vurğulanıb, mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminlik ifadə olunub.
Səfər çərçivəsində qonaqlar Quba rayonunda da olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb, Dağ Yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbə, Dağ Yəhudilərinin Muzeyi, həmçinin “Soyqırımı Memorial Kompleksi” ilə tanış olub, mövcud tolerant mühitdən məmnunluqlarını ifadə ediblər.
AzVision.az