Avropa İttifaqı süni intellektlə bağlı qanunu təsdiqləyəcək
"Qlobal miqyasda görünməmiş bu tarixi qanun qlobal texnoloji tələbin nəticəsidir və həm ictimai, həm iqtisadi imkanlar yaradır. Süni intelleklə bağlı innovativ qanun Avropada texnologiya sahəsində etibarlılıq, şəffaflıq və hesabatlılıq üçün mühüm addımdır", - Belçikanın rəqəmsal inkişaf naziri Matye Mişel jurnalistlərə açıqlamasında diqqətə çatdırıb.
Yeri gəlmişkən, "OpenAI"nin "ChatGPT" və "Google"un "Gemini" çatbotu kimi generativ süni intellekt sistemlərinin artan populyarlığını nəzərə alaraq, müəllif hüquqlarına malik məzmunun qorunması və süni intellektin dezinformasiyaya töhfəsi ilə bağlı narahatlıqlar son aylarda qlobal miqyasda güclənib. Avropa İttifaqında qüvvəyə minəcək qanun məhz bu narahatlıqların və süni intellektin əhatə dairəsini nəzarətdə saxlamaq istəyinin nəticəsidir.
Firudin Həmidli
AzVision.az
Teqlər: Avropa-İttifaqı süni-intellekt