Myanmada hakimiyyətə qarşı çıxanlar əleyhdarlarını küçədə edam edir

   Myanmada hakimiyyətə qarşı çıxanlar əleyhdarlarını küçədə edam edir
  22 May 2024    Oxunub:742
Myanma hakimiyyətinə qarşı çıxan silahlı qruplar öz əleyhdarlarını açıq şəkildə edam edir və məmurlara qarşı fərdi terrora əl atırlar.
Nikkei qəzetinin məlumatına görə, hökumət əleyhinə olan üç etnik ittifaq böyük bir izdiham qarşısında bir neçə qandallı adamın ölüm hökmünün elan olunduğu video yayımlayıb.

Videoda bəyanat oxunduqdan qandallı şəxslər kolluqlara aparılır və daha sonra atəş səsləri eşidilir. Qəzetin yazdığına görə, edam Myanmanın şimal-şərqində, etnik silahlı qrupların fəal olduğu Şan ştatında həyata keçirilib.

Nəşr hesab edir ki, bu videonun yayılması onların bu əraziyə həqiqətən nəzarət etdiklərini göstərmək məqsədi daşıyır. Myanma hakimiyyətinə müxalif silahlı qruplar da hökumət rəsmilərinə qarşı terror aktları həyata keçirir. Aprelin sonunda, ən azı qırx belə qətl hadisəsi qeydə alınıb.

Silahlı qruplar həmçinin öz qüvvələrini artırmaq üçün əhalinin məcburi səfərbərliyi həyata keçirməkdə ittiham olunur.

Myanmanın hərbi komandirləri 2021-ci il fevralın 1-də ölkənin mülki hökumətini 2020-ci ilin noyabrında keçirilən parlament seçkilərində geniş saxtakarlıqda ittiham edərək deviriblər. Bundan sonra ölkə daxili münaqişəyə qərq olub. Hüquq müdafiəçilərinin fikrincə, ölkədaxili münaqişələrdə 6 mindən çox insan ölüb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti