DİN-dən işğaldan azad olunan bölgələrdə çalışanlara müraciət

DİN-dən işğaldan azad olunan bölgələrdə çalışanlara müraciət
  22 May 2024    Oxunub:577
Daxili İşlər Nazirliyinin (DİN) işğaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edib.
Bu barədə nazirliyin mətbuat xidmətindən AzVision.az -a məlumat verilib. Bildirilib ki, Böyük Qayıdış proqramının sürətlə reallaşması və işğaldan azad olunan bölgələrin təhlükəsiz vəziyyətə gətirilməsi üçün daxili işlər orqanlarının əməkdaşları fasiləsiz olaraq əzmlə çalışırlar.

“Bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş edirik ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN 102 - Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər.

Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.

Bunları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti