8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

   8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  22 May 2024    Oxunub:778
23 may saat 08:00-dan 29 may saat 22:00-dək Bakının 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agenltiyi (AAYDA) məlumat yayıb.

“Alternativ olaraq sürücülər təmir müddətində sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər. Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”, - məlumatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti