Emin Əmrullayev Londonda elmmetriya üzrə görüş keçirib

Emin Əmrullayev Londonda elmmetriya üzrə görüş keçirib
  22 May 2024    Oxunub:934
Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bibliometrik və elmmetrik tədqiqatlar üzrə dünyanın ən nüfuzlu şirkətlərindən biri sayılan "Clarivate Analytics"in rəhbərliyi ilə görüşüb.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, şirkətin akademiya və hökumətlərlə iş üzrə prezidenti Bar Veynşteynin rəhbərliyindəki heyətlə görüşdə tərəflər son illərdə Azərbaycanın elmmetrik göstəriciləri ilə bağlı müzakirə aparıblar..

Yeri gəlmişkən, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2023-cü ildən bütün elm və ali təhsil müəssisələrinin "Clarivate Analytics" şirkətinin "Web of Science" elmmetrik bazasına girişi təmin olunub.

AzVision.az


Teqlər: Azərbaycan   Britaniya   elm   görüş  





Xəbər lenti