Paşinyan: "Delimitasiya İrəvanın təhlükəsizliyinin təminatıdır"

      Paşinyan:    "Delimitasiya İrəvanın təhlükəsizliyinin təminatıdır"
  22 May 2024    Oxunub:914
"Azərbaycanla Tavuş bölgəsindən başlayan sərhədin delimitasiyası və demarkasiyası prosesi Ermənistanın təhlükəsizliyi üçün yeganə təminat yoludur".
AzVision.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı dilə gətirib.

"Proses həm də müstəqillik və suverenliyə zəmanətdir", - o deyib.

Paşinyan həmçinin vurğulayıb ki, ki, delimitasiya SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1976-cı ilə aid xəritələrinə əsasən aparılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   delimitasiya  





Xəbər lenti