Ötən müddətdə hərbi hissənin hərbi qulluqçuları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və yüksək nailiyyətlər qazanıblar.
Bundan başqa, 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə hərbi hissənin şəxsi heyəti düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv edib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də HDQ-nin "N" hərbi hissəsi böyük şücaət göstərib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra edib.
Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatı zamanı hərbi hissənin şəxsi heyəti mühüm strateji əhəmiyyətli obyeklərin mühafizə və müdafiəsini təşkil edib.
Bu gün hərbi hissə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
AzVision.az