Bakıda bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir

Bakıda bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir
  22 May 2024    Oxunub:760
Bakının 8 Noyabr prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AzVision.az -a bildirilib ki, təmir işləri müddətində 21 və 175 nömrəli avtobuslar Dəniz Kənarı küçəsi, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.

8 Noyabr prospektində aparılan təmir işləri ilə əlaqədar 23 may saat 8:00-dan 29 may saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xaqani Rüstəmov küçəsi ilə kəsişməsinədək hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AzVision.az


Teqlər: AYNA   marşrut   təmir  





Xəbər lenti