Ceyhun Bayramov İranda vida mərasimində iştirak edib - FOTOLAR

Ceyhun Bayramov İranda vida mərasimində iştirak edib -    FOTOLAR
  22 May 2024    Oxunub:792
Xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə helikopter qəzası nəticəsində dünyalarını dəyişmiş İran Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər yüksək vəzifəli şəxslərin rəsmi vida mərasimində iştirak edib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabından bildirilib.

Faciə nəticəsində həlak olan mərhumların cənazələri önünə əklil qoyulub, İran rəsmilərinə başsağlığı verilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.


AzVision.az


Teqlər: XİN   İran   vida-mərasimi  





Xəbər lenti