Ötən il 116 471 tələbənin təhsil haqqını dövlət ödəyib

  Ötən il 116 471 tələbənin təhsil haqqını dövlət ödəyib
  23 May 2024    Oxunub:1118
Keçən il Azərbaycanda təhsil alan 116 471 tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilib.
AzVision.az xəbər verir ki, bu, Azərbaycanın 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb. Qeyd olunub ki, hesabat ilində xərc edilmiş vəsait hesabına ali təhsil və digər müəssisələrdə dövlət sifarişi üzrə təqribən bakalavriat səviyyəsi üzrə 100726 nəfər, magistratura səviyyəsi üzrə 12 977 nəfər, rezidentura səviyyəsi üzrə 2048 nəfər, doktorantura səviyyəsi üzrə 619 nəfər, ikitərəfli saziş və müqavilələr üzrə əcnəbi 101 nəfər, cəmi 116 471 tələbənin müvafiq olaraq 220 milyon manat təhsil və 135,4 milyon manat təqaüd xərcləri, cəmi 355,4 milyon manat ödənilib.

Bununla yanaşı, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi ilə bağlı xərclər hesabına ötən il ərzində ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 16 841 nəfər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1208 nəfər, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan 2464 nəfər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış 552 nəfər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 940 nəfər, habelə sözügedən imtiyazlı şəxslər üzrə orta ixtisas təhsil müəssisələrində 1272 nəfər və peşə təhsili müəssisələrində 246 nəfər, cəmi 23 523 nəfər tələbənin 35,9 milyon manat təhsil və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin həmçinin 1,8 milyon manat təqaüd xərcləri, cəmi 37,7 milyon manat maliyyələşdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti