"Tarixi yerlərimizin tanıdılmasına böyük ehtiyac var" - Açıqlama

 "Tarixi yerlərimizin tanıdılmasına böyük ehtiyac var" -  Açıqlama
  24 May 2024    Oxunub:654
“Son illər ərzində ölkəmizə gələn turistlər bizim tariximizlə, abidələrimizlə daha yaxından tanış olurlar. Onların abidələrimizlə bu qədər yaxından maraqlanması bizi təəccübləndirir. Dolğun məlumata sahibdirlər”.
AzVision.az xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix uzrə fəlsəfə doktoru Fərhad Quliyev jurnalistlərə açıqlamasında deyib.

“Turist üçün nəinki ziyarət etdiyi ölkənin, xalqın mətbəxi, eləcə də tarixi yerləri maraqlıdır. Tarixi yerlərimizin tanıdılması, daha da inkişafı üçün turizim sektoru ilə Elmlər Akademiyasının birgə fəaliyyətinə böyük ehtiyac var”, - deyə qurum rəsmisi bildirib.

Həmidə İbrahimova


AzVision.az



Teqlər:





Xəbər lenti