Beynəlxalq konfransa dünyanın müxtəlif yerlərindən ekspertlər dəvət olunub

 Beynəlxalq konfransa dünyanın müxtəlif yerlərindən ekspertlər dəvət olunub
  23 May 2024    Oxunub:623
“Bu gün Azərbaycan Dövlət Turizm Agentliyi, Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Arxeoloji Turizm və Dayanıqlı İdarəetmə mövzusunda beynəlxalq konfrans həyata keçirilir. Bu beynəlxalq konfransa biz Avropanın və dünyanın digər yerlərindən həm arxeologiya, həm də turizm üzrə ekspertləri dəvət etmişik. Onlar müxtəlif hava altında mövcud olan açıq muzeylərin, arxeoloji parkların rəhbərləridir”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzin İdarə Heyətinin sədr müavini Sədaqət Davudova jurnalistlərə açıqlamsında deyib.

“Bizim arxeoloji irsimiz çox zəngindir və biz bu irs üzərindən Azərbaycanda turizm potensialını inkişaf etdirməyi düşünürük.

Ümid edirik ki, bu konfransın nəticəsində biz qabaqcıl təcrübələri öyrənərək, dəvət olunmuş ekspertləri dinləyərək, Azərbaycanın arxeoloji irsini gələcəkdə turizm istiqamətində inkişaf etdirə biləcəyik”.

Həmidə İbrahimova


AzVision.az



Teqlər:





Xəbər lenti