Emoməli Rəhmon: Azərbaycanla əməkdaşlığın səviyyəsindən məmnunuq

     Emoməli Rəhmon:    Azərbaycanla əməkdaşlığın səviyyəsindən məmnunuq
  23 May 2024    Oxunub:812
Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk.
AzVision.az xəbər verir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.

“Bu baxımdan terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq”, - deyə Prezident E.Rəhmon vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti