Lui Bono Azərbaycana səfər edəcək

   Lui Bono Azərbaycana səfər edəcək
  24 May 2024    Oxunub:746
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün həftə ərzində regiona səfər edir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib. "Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq", - qeyd olunub.

Qeyd edək ki, Lui Bono Ermənistanda səfərdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti