Baydenin süni intellekt səsi ilə seçicilərə zəng etdi

   Baydenin süni intellekt səsi ilə seçicilərə zəng etdi
  24 May 2024    Oxunub:855
Süni intellekt vasitəsi ilə ABŞ prezidenti Co Baydenin səsini təqlid edən şəxs 6 milyon dollar cərimə olunub.
Siyasi məsləhətçi Stiven Kramer Baydenin səsi ilə xeyli sayda seçiciyə zəng edib və onun adından danışıb. Hazırda o, texnologiyadan istifadə edərək saxta şəxsiyyətlər yaratmaqda və seçiciləri aldatmaqda ittiham edilib.

Federal Rabitə Komissiyası Krameri 6 milyon, Kramerin zənglər etdiyi Lingo Telecom şirkətini isə 2 milyon dollar cərimələyib.

Kramerin Baydenin seçicilərinə zəng etməsi də daxil olmaqla 13 ittiham üzrə mühakimə olunması xahiş edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti