Məktəblilər tapıldı

Məktəblilər tapıldı
  18 Aprel 2013    Oxunub:1374
Bakıda itkin düşən məktəblilərdən ikisi artıq tapılıb.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, iki gün əvvəl itkin düşən, 204 saylı orta məktəbin şagirdləri, 2002-ci il təvəllüdlü Əmənov İmran Bəxtiyar oğlu və 2003-cü il təvəllüdlü Ağayev Nicat Cəmil oğlu tapılaraq ailələrinə təhvil verilib.

Digər itkin düşən məktəbli haqqında hələlik heç bir məlumat yoxdur. Aprelin 16-da məktəbə getmək adı ilə evdən çıxan və bir daha geri qayıtmayan, Xətai rayonu A. Qurbanov küçəsi, 25 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsümovanın tapılması üzrə axtarış işləri aparılır.




Teqlər:





Xəbər lenti