Orban: Avropa Rusiya ilə müharibəyə hazırlaşır

   Orban: Avropa Rusiya ilə    müharibəyə    hazırlaşır
  24 May 2024    Oxunub:1136
Macarıstanın Baş naziri Qərb siyasətçilərinin bəyanatlarının Avropanın Rsuiya ilə müharibəyə hazırlaşdığından xəbər verdiyini iddia edib.
AzVision.az xəbər verir ki, Avropa-Rusiya münasibətlərində müstəqil mövqe sərgiləyən Macarıstanın Baş naziri Viktor Orban qərbli siyasətçilərin və jurnalistlərin səsləndirdiyi bəyanatların Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını sübuta yetirdiyini vurğulayıb.

“İki dünya müharibəsindən əvvəl müharibəyə girmək üçün media kifayət qədər uzun müddət hazırlaşırdı. Düşünürəm ki, bu gün Brüssel və Vaşinqtonda baş verənlər, amma daha çox, Vaşinqtonda yox, Brüsseldə baş verənlər dərhal mümkün münaqişəyə hazırlığın bir növüdür. Əminliklə deyə bilərik ki, Avropanın müharibəyə girməsinə hazırlıq gedir, bu, mediada və siyasətçilərin açıqlamalarında baş verir” , - Orban deyib.

Rusiyanın NATO ölkəsinə hücumu ehtimalına inanmadığını bildirən Macarıstanın Baş naziri “Rusiya təhlükəsi” barədə danışıqları müharibəyə girmək üçün manevr kimi qiymətləndirib. Təfərrüatları açıqlamayan Orban bildirib ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında işçi qrupları hazırda alyansın Ukraynadakı münaqişədə necə iştirak edə biləcəyini öyrənirlər.

Qeyd edək ki, bir neçə ay əvvəl Vladimir Putin məşhur amerikalı telejurnalit və aparıcı Taker Karlsona müsahibəsində Moskvanın NATO ölkələrinə hücum etmək fikrində olmadığını bildirib. Bunun heç bir məna kəsb etmədiyini vurğulayan Putin Qərb siyasətçilərinin diqqəti daxili problemlərdən yayındırmaq üçün mütəmadi şəkildə öz əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxutduqlarını vurğulayıb.

Bununla belə, Şimali Atlantika Alyansı “Rusiya təcavüzünün qarşısının alınması” iddiası ilə son illərdə Rusiyanın qərb sərhədləri boyunca geniş fəaliyyət nümayiş etdirir və bu yöndə təşəbbüslərini gücləndirir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Orban   NATO   müharibə  





Xəbər lenti