Narışkin: ABŞ və Britaniyanın xüsusi xidmət orqanları terrorçularla işləyirlər

      Narışkin:  ABŞ və Britaniyanın xüsusi xidmət orqanları terrorçularla işləyirlər
  24 May 2024    Oxunub:980
ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Mərkəzi Asiya ölkələrində sabitliyi pozmaq üçün terrorçu qruplarla əməkdaşlıq edir.
Bu barədə jurnalistlərə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin məlumat verib. Narışkin qeyd edib ki, “Əl-Qaidə” və “İŞİD” kimi terror strukturları ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları tərəfindən yaradılıb.

“Bir neçə il əvvəl amerikalıların Əfqanıstandan kifayət qədər biabırçı şəkildə qaçmasına baxmayaraq, Britaniya və Amerika xüsusi xidmət orqanları hələ də təkcə Əfqanıstanda deyil, həm də Mərkəzi Asiyanın dövlətlərində və qonşu ölkələrində vəziyyətin sabitliyini pozmaq üçün terror qrupları ilə işləməkdən imtina etmirlər”.

AzVision.az


Teqlər:





Xəbər lenti