Rayonlarda yağış yağır

Rayonlarda yağış yağır
  24 May 2024    Oxunub:979
Mayın 24-ü saat 19:00 üçün məlumata əsasən, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a məlumat verilib ki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Xınalıq, Qusar (Laza), Xaltan, İsmayıllı, Qrız, Naftalan, Ağcabədi, Ağdam, Tərtər, Mingəçevirdə arabir yağış, Şahdağda isə sulu qar yağır.

Qrız, Şahdağ, Daşkəsən, Göygöl, Qax, Şəki, İsmayıllı, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 9-11, yüksək dağlıq ərazilərdə isə 2 dərəcəyək isti olub.

AzVision.az


Teqlər: hava   yağış  





Xəbər lenti