Avtoxuliqanlıq edən sürücü həbs edilib

Avtoxuliqanlıq edən sürücü həbs edilib
  25 May 2024    Oxunub:752
Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib.
AzVision.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində "Vaz" markalı avtomobillə yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən və görüntülərini sosial şəbəkədə yayan sürücü Sənan Rəhimovu saxlayıblar.

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən S.Rəhimovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti