Paytaxt küçələrində təmizlik işləri aparılıb - FOTOLAR

Paytaxt küçələrində təmizlik işləri aparılıb -    FOTOLAR
  25 May 2024    Oxunub:877
Mayın 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı ümumşəhər iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən 549 əsas küçə, prospekt və məhəllədaxili yollar yuyucu maddələrlə yuyulub və eyni zamanda, genişmiqyaslı təmizlik, abadlıq işləri həyata keçirilib, rəngbərəng güllər əkilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olub.

AzVision.az

Qalereya




Teqlər: Bakı   küçə   iməcilik  





Xəbər lenti