BTQ-nin Türkiyə sərhədinədək sahəsinin inşasına dair protokol təsdiqlənib

   BTQ-nin Türkiyə sərhədinədək sahəsinin inşasına dair protokol təsdiqlənib
  25 May 2024    Oxunub:755
2024-cü il aprelin 30-da Bakı və Tbilisi şəhərlərində imzalanmış "Bakı–Tbilisi–Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Hökuməti və Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş"ə dəyişiklik barədə Protokol” təsdiqlənib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.

Protokol qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.

AzVision.az


Teqlər: Prezident   fərman   BTQ  





Xəbər lenti