Tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb - FOTO/VİDEO

   Tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb -    FOTO/VİDEO
  25 May 2024    Oxunub:1150
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda Ermənistan Silahlı Qüvvələrinə məxsus tərk edilmiş hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Xocalı rayonunda aşkarlanan hərbi obyektdən istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə "2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.

AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi   Qarabağ  





Xəbər lenti