Nardaranda çimərliyin çirklənməsi ilə bağlı görüntülərə aydınlıq gətirilib

Nardaranda çimərliyin çirklənməsi ilə bağlı görüntülərə aydınlıq gətirilib
  25 May 2024    Oxunub:1115
Nardaran qəsəbəsində "Daçnik" adlanan çimərliyin sahilinin çirklənməsi ilə bağlı sosial şəbəkədə yayılmış görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən AzVision.az -a bildirilib ki, araşdırma zamanı dənizin sahilində çirkab müşahidə edilməyib, lakin mamır və qırmızı yosun toplantısına rast gəlinib.

Fotolardakı görüntünün Xəzər dənizinin çəkilməsi səbəbindən mamır və qırmızı yosunun ərazidə toplanaraq suyun çirkab olması fonunu yaratdığı müəyyən olunub:

"Vizual olaraq ərazidə tullantı suları aşkarlanmasa da, mütəxəssislər tərəfindən analiz olunması üçün sudan nümunə götürülüb. Laborator analizin nəticəsi müəyyən olunduqdan sonra tərəfimizdən əlavə məlumat veriləcək".

AzVision.az


Teqlər: çimərlik   ekologiya  





Xəbər lenti