"Putin gecə yarısınadək işləyir"

   "Putin gecə yarısınadək işləyir"
  26 May 2024    Oxunub:779
"Putinin iş günü gecə yarısınadək davam edir". AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, jurnalist Pavel Zarubinlə söhbətində bildirib ki, Rusiya lideri hədsiz işgüzardır.

“İş qrafiki həqiqətən çox sıxdır. Hər gün gecə yarısınadək işləyir. Səhər erkəndən isə iş başında olur.

Hazırkı dövr dövlət başçısından çox enerjili səylər tələb edir və o, bunu edir, nəyi və necə edəcəyini də bilir”, - Peskov bildirib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti