FHN: Kür çayının səviyyəsi kəskin artıb, vəziyyət tam nəzarətdədir

      FHN:    Kür çayının səviyyəsi kəskin artıb, vəziyyət tam nəzarətdədir
  26 May 2024    Oxunub:720
Ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb. Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.

AzVision.az


Teqlər:





Xəbər lenti