Mersində zəncirvari qəza: Ölənlər və yaralananlar var

   Mersində zəncirvari qəza:    Ölənlər və yaralananlar var
  26 May 2024    Oxunub:810
Türkiyənin Mersin şəhərində Tarsus-Adana-Qaziantep avtomobil yolunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Yenice məntəqəsində sərnişin avtobusu qarşı hərəkət zolağına çıxaraq 2 minik avtomobili və 1 yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 10 nəfər ölüb, 39 nəfər yaralanıb. Bölgəyə xilasetmə, təcili yardım və polis cəlb edilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti