Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb

Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb
  27 May 2024    Oxunub:586
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, adıçəkilən şəxsdə “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.

Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini deyib. Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son günlərdə polis əməkdaşlarının Şəki şəhərində keçirdikləri tədbirlərlə vətəndaşlardan biri “Makarov” markalı tapança olmaqla ümumilikdə 18 odlu silah götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti