Ötən həftə azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb
![Ötən həftə azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb Ötən həftə azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb](https://azvision.az/photos/2024/05/458915049_0_160_3071_1887_1920x0_80_0_0_f1c19206581e0c09e23412d27ccb28e6-1716788315.jpg)
Bildirilib ki, həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 40 avtomat silahı, 8 tapança, 3 pulemyot, 15 tüfəng, 62 qumbara, 2 qumbaraatan, 1 mərmi, 2 partlayıcı, 30 alışdırıcı, 183 patron darağı, 10151 ədəd müxtəlif çaplı patron, 32 ədəd süngü-bıçaq və digər sursatlar, Ağdərə, Qubadlı, Tərtər, Ağdam, Cəbrayıl, Kəlbəcər və Xocalı rayonları ərazisindən isə ümumilikdə 1 pulemyot, 1 tapança, 16 qumbara, 1 qumbaraatan, 7 mərmi, 1 mina, 6 patron darağı və 779 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: