Sumqayıtda qanunsuz tikili sökülüb - Video

Sumqayıtda qanunsuz tikili sökülüb -    Video
  27 May 2024    Oxunub:598
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sumqayıtda qanunsuz tikilini söküb.
Bu barədə AzVision.az - a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


AzVision.az


Teqlər:





Xəbər lenti