Baş Prokurorluq Gəncədə konfrans keçirəcək

Baş Prokurorluq Gəncədə konfrans keçirəcək
  27 May 2024    Oxunub:706
Baş Prokurorluq Gəncədə “Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfrans keçirəcək.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 30-da Baş Prokurorluq Gəncədə 15 regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil edəcək.

Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq. Toplantı çərçivəsində, Gəncə Şəhər Prokurorluğunda “Açıq qapı” günü də olacaq. Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfrans keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti