Vahid Əhmədov: "Müharibə veteranlarına 80 manatın verilməsi gülüncdür"
O bildirib ki, deputatların demək olar hamısı müharibə veteranlarına verilən 80 manat məsələsini qaldırırlar: "Bu məbləğin verilməsi ayıbdır. Belə inkişaf etmiş dövlət müharibə veteranına 80 manat verir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları məlumat verirlər ki, guya 80 manat bütün kommunal xərcləri ödəyir. 80 manatın verilməsi gülüncdür. Bu məsələyə baxılmasını xahiş edirəm".
AzVision.az
Teqlər: