“Xəzər Garden”nın rəsmisi cəzalandırıldı

“Xəzər Garden”nın rəsmisi cəzalandırıldı
  27 May 2024    Oxunub:807
Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi 18 b ünvanında yerləşən “Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı araşdırma aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, ərazidə aparılan ölçmə işlərinin nəticəsinə görə, “Xəzər Garden” iaşə obyektindən ətrafa yayılan səs-küy səviyyəsinin normadan artıq olduğu müəyyən edilib:

“Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Rasim Bağırov barəsində protokol tərtib olunub və nöqsanların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan məcburi göstəriş verilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti