İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

   İlham Əliyevə təbriklər gəlməkdə davam edir -    YENİLƏNİB
  27 May 2024    Oxunub:897
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm.

Fürsətdən istifadə edərək, ölkələrimizi və xalqlarımızı birləşdirən həmrəylik əlaqələrini təqdir edir, bundan fəxarət hissi duyduğumuzu bildirirəm. Xalqımızın azadlıq və müstəqillik hüquqlarına dəstək verən mövqeyinizi yüksək qiymətləndirirəm. Xahiş edirəm, ən xoş arzularımı qəbul edəsiniz".

Həmçinin, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Maldiv Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, həmçinin Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırım".

İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu fürsətdən istifadə edərək ölkənizə və vətəndaşlarınıza xoşbəxt, uğurlu gələcək arzu edirəm.

Beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsində təsbit olunmuş ümumbəşəri prinsiplərə hörmət sülh və firavanlıq dünyasına doğru səylərimizdə bizim ən yaxşı bələdçimiz olaraq qalır. Məmnunam ki, ölkələrimiz arasında belə səmərəli əlaqələr davam edir.

Əminəm ki, biz gələcək illərdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirə və dərinləşdirə biləcəyik. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Həmçinin, Albaniya Respublikasının Prezidenti Bayram Beqay da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:

"İcazə verin, ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Mən Albaniya və Azərbaycanın dostluğun, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə etdiyi böyük nailiyyəti xüsusi olaraq məmnunluqla qeyd edirəm. Biz dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində çox maraqlıyıq. Əlaqələrimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq yeni səviyyələrə yüksəldilməsinin əhəmiyyətini vurğulayıram.

Fürsətdən istifadə edərək bu ilin martında Azərbaycana səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Zati-alinizə və Azərbaycan xalqına davamlı uğurlar, inkişaf, firavanlıq və xoşbəxtlik arzulayıram".

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Əlamətdar bayram - Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".

Həmçinin, İsveçin Kralı XVI Karl Qustav da dövlətimizin başçısına təbrik məktubu göndərib:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".


AzVision.az




Teqlər:





Xəbər lenti