Su anbarında batan şəxsin cəsədi tapılıb

Su anbarında batan şəxsin cəsədi tapılıb
  28 May 2024    Oxunub:1093
Mayın 23-də Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan şəxsin cəsədi tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: hadisə   FHN  





Xəbər lenti