Kürdə suyun səviyyəsi tədricən azalıb

Kürdə suyun səviyyəsi tədricən azalıb
  28 May 2024    Oxunub:1254
Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov AzVision.az -a bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

AzVision.az


Teqlər: Kür-çayı  





Xəbər lenti