"Ukraynada prezident seçkiləri keçirilməlidir" - Putin

   "Ukraynada prezident seçkiləri keçirilməlidir" -    Putin
  29 May 2024    Oxunub:804
Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatdıqdan sonra Ukraynada prezident seçkilərinin keçirilməli olduğunu deyib.
AzVision.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Putin: “Biz Ukrayna ilə danışıqlara hazırıq, amma...
Putin xatırladıb ki, Ukrayna Konstitusiyasının qanunlarına görə, prezident seçkiləri hərbi vəziyyət şəraitində keçirilə bilməz. Bundan əlavə o qeyd edib ki, əslində ölkə prezidentinin səlahiyyətləri parlamentin spikerinə verilməlidir.

"İlkin qiymətləndirməyə görə, ölkədə yeganə legitim orqan parlament və radanın spikeridir. Ukrayna höküməti bir sıra səbəblərə görə seçkiləri keçirmək istəmirlər”, - deyə prezident bildirib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Putin   Zelenski   Müharibə  





Xəbər lenti