Prezident “CVC Capital Partners” şirkətinin rəsmilərilə görüşdü
Prezident İlham Əliyev dünyanın qabaqcıl maliyyə qurumları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “CVC Capital Partners” şirkəti ilə uğurlu tərəfdaşlığını müsbət qiymətləndirərək mövcud münasibətlərin daha da gücləndirilməsi üçün əlverişli mühitin olduğunu bildirdi. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini deyən dövlətimizin başçısı qeyri-sabit maliyyə bazarları mühitində də Fondun aktivlərinin artdığını vurğuladı.
Qeyd edək ki, 1981-ci ildə təsis olunmuş “CVC Capital Partners” şirkətinin özəl səhmlər, özəl kredit, infrastruktur və digər fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 187 milyard avrodur. Dünyanın müxtəlif şəhərlərində 40 ofisi və 850-dən çox əməkdaşı olan şirkətin mərkəzi ofisi Lüksemburqda yerləşir.
AzVision.az
Teqlər: