Məşğulluq Agentliyi İdarə Heyətinin sədri işdən çıxarıldı

   Məşğulluq Agentliyi İdarə Heyətinin sədri işdən çıxarıldı
  29 May 2024    Oxunub:1059
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, M.Abbasbəylinin işdən azad olunmasının səbəbi başqa işə keçməsidir. Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Xatırladaq ki, Mustafa Abbasbəyli 2020-ci il iyulun 2-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

AzVision.az



Teqlər:





Xəbər lenti