Bulvarda 43 kanalizasiya quyusundan oğurluq edildi

Bulvarda 43 kanalizasiya quyusundan oğurluq edildi
  29 May 2024    Oxunub:825
Bakıda 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarını oğurlayan şəxs saxlanılıb.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb. Araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti