Qəzzada ölənlərin sayı 36 mini ötüb

Qəzzada ölənlərin sayı 36 mini ötüb
  29 May 2024    Oxunub:695
Ötən ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 36 171 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha 81 420 fələstinli xəsarət alıb.

Səhiyyə Nazirliyi qeyd edib ki, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 75 nəfər ölüb, 284 nəfər yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Hücum nəticəsində 1,2 mindən çox israilli ölüb. Eyni zamanda, HƏMAS 240 nəfəri girov götürüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti