Prezident litvalı həmkarına məktub göndərdi

Prezident litvalı həmkarına məktub göndərdi
  29 May 2024    Oxunub:909
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Zati-aliləri Gitanas Nausedaya təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Litva Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, Litva Respublikasının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

AzVision.az



Teqlər:





Xəbər lenti