Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb - FOTO
29 May 2024
Oxunub:827
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülərlə görüşüb.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. AzVision.az