Nikaraqua Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

   Nikaraqua Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
  29 May 2024    Oxunub:814
Nikaraqua Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az məktubu diqqətə çatdırır:

"İcazə verin, Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə əlamətdar tarix – 28 May – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdıraq.

Daim firavan və müstəqil olan Nikaraquadan bu zəfərlər, milli suverenlik və müstəqillik tarixini qeyd etməkdə sizə qoşuluruq. Qardaş Azərbaycan xalqı və hökuməti ilə ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

Hörmətli Prezident, Sizi qardaşcasına bağrımıza basır, dost Azərbaycan xalqına sülh, inkişaf və firavanlıq arzularımızı çatdırırıq".

AzVision.az


Teqlər: Azərbaycan   Nikaraqua   Prezident   təbrik  





Xəbər lenti